Xəbər lenti

İcra Başçısı şəhid ailələri ilə görüşüb - FOTOLAR

Tarix: 28-02-2024 11:00     Baxış: 1 029

Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir rayonunda şəhid ailələri və qazilərimizlə görüşlər davam etdirilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür.

Mubarizciler.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə Yuxarı Seyfəli kəndində şəhid ailələri ilə görüşüb.

İcra başçısı bildirib ki, Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının qəlbində yaşayacaq.

Rəşad Tağıyev dövlətimizin, xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını, şəhid ailələrinin, qazilərin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb.

Torpaqlarımızın azadlığı uğrunda şəhid olan hərbçilərimizin ailələri göstərilən diqqətə görə təşəkkür edib, istək və arzularını, problemlərini səsləndiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar