Xəbər lenti

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə "Məktəbəqədər təhsil əlçatanlığı" mövzusunda görüş keçirilib - FOTO

Tarix: 27-02-2024 22:49     Baxış: 1 785

Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, İstanbul Büyükçekmece Şehit Mehmet Şefik Şefkatlioğlu Anaokulu Müdürü Erdoğan Ergin, İstanbul Şehit İbrahim Yılmaz Anaokulu  Müdürü Arzu Arslan, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova, məktəbəqədər təhsil müəssisələrinin müdirləri və tərbiyəçi müəllimlərin iştirak ediblər.

Mubarizciler.az xəbər verir ki,  Görüşdə çıxış edən İstanbul Büyükçekmece Şehit Mehmet Şefik Şefkatlioğlu Anaokulu Müdürü Erdoğan Ergin uşaqlarda demokratik düşüncənin inkişaf etdirilməsi, müxtəlif bacarıqların təkmilləşdirilməsi, uşaqlarla şəxsiyyət olaraq yanaşma üsul və formaları, sosial emosional vəziyyət məktəbəqədər təhsilin inkişaf aspektləri və digər mövzular barədə ətraflı məlumat verib.

Görüşün davamında İstanbul şehit İbrahim Yılmaz Anaokulu  Müdürü Arzu Arslan çıxış edərək məktəbəqədər təhsilin vacibliyi, proqramın tətbiq dairəsi, məktəbəqədər təhsil müəssisələrində və ümumtəhsil məktəblərində adaptasiya və digər mövzular barədə ətraflı məlumat verib.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova XXI əsr bacarıqları, məktəbəqədər təhsil müəssisələrində məşğələlərin təkmilləşdirilməsi məsələləri barədə məlumat verib.

Qeyd edək ki, görüşün keçirilməsində məqsəd məktəbəqədər təhsilin əhatəliliyinin artırılmasıdır.

Görüş qarşılıqlı diskusiya formatında davam edib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar