Xəbər lenti

Gəncədə “Dövlət-özəl məktəbəqədər təhsil müəssisələri arasında əməkdaşlığın qurulması” mövzusunda görüş keçirilib - FOTO

Tarix: 27-02-2024 22:36     Baxış: 1 498

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin inzibati binasında “Dövlət-özəl məktəbəqədər təhsil müəssisələri arasında əməkdaşlığın qurulması” mövzusunda görüş keçirilib. 

Mubarizciler.az xəbər verir ki, Məktəbəqədər təhsilin əhatəliliyinin artırılması məqsədi ilə keçirilən görüşdə Gəncə şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri və özəl məktəbəqədər təhsil müəssisələrinin müdirləri iştirak ediblər. 

Görüşdə çıxış edən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev məktəbəqədər təhsil müəssisələrinin mövcud proqramlarının təkmilləşdirilməsi , özəl və dövlət məktəbəqədər təhsil müəssisələrinin qarşılıqlı əməkdaşlığı məsələləri haqqında ətraflı məlumat verib. 

Maarifləndirici görüşün davamında təkliflər dinlənilib, görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar