Xəbər lenti

Yevlaxda Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir - FOTO

Tarix: 26-02-2024 19:28     Baxış: 511

Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisələlərin rəhbərləri, kollektivləri, şəhid ailələri, qazilər, müharibə veteranları, rayonda müvəqqəti məskunlaşmış Xocalıdan olan sakinlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. 

Mubarizciler.az xəbər verir ki, Tədbir iştirakçıları Yevlax Şəhər Şəhidlər Xiyabanında ölkəmizin azadlığı, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə inşa edilmiş abidəni və  Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə gül dəstələri qoymuş, ruhlarına hörmət və ehtiramlarını bildirmişlər. 

Şəhər İcra Hakimiyyətinin başçısı ziyarət zamanı şəhid ailələri ilə görüşərək söhbət etmişdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar