İmişlidə Xocalı soyqırımının 32-ci ildönümü qeyd olunub - FOTO
XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı qurbanlarının xatirəsi respublikamızın hər yerində olduğu kimi, İmişli rayonunda da dərin hüznlə anılıb.
Mubarizciler.az xəbər verir ki, Fevralın 26-da Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının rəhbərləri tərəfindən İmişli rayonunun Şəhidlər Xiyabanı ziyarət edilib, şəhidlərin məzarları üzərinə, “Şəhidlər Kompleksi”nin önünə qərənfillər düzülüb, Xocalı soyqırımı qurbanlarının ruhlarına dualar oxunub.
Sonra İmişli rayonunun Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib.
Tədbirin rəsmi hissəsi başlamamışdan əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.
Tədbir başlamamışdan öncə Xocalı soyqırımı qurbanlarının eləcə də Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Xocalı soyqırımının azərbaycanlılar üçün tarixin ən ağrılı səhifələrindən biri olmaqla yanaşı, ermənilərin əsl üzünü göstərən insanlıq tarixinin ən dəhşətli nümunələrindən biri olduğunu vurğulayıblar.
Qeyd edilib ki, ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilən Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş işlər bu gün də davam etdirilir.
Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsindəki parlaq Qələbəsi Azərbaycan tarixinə Zəfər ili kimi yazıldı. Hazırda Azərbaycanın üçrəngli Dövlət bayrağının işğaldan azad edilən bütün torpaqlarımızda dalğalandığını, Xocalı soyqırımı qurbanlarının qisasının alındığı diqqətə çatdırılıb.
Xəbəri paylaş