Xəbər lenti
18-11-2024, 12:06
 

Mahirə Nağıqızı Öz elmi sahəsinin həqiqi mənada peşəkar xadimi

Tarix: 26-02-2024 00:07     Baxış: 1 064

Bu gün sizə çox dəyərli bir elm adamından  danışacam. Öz elmi sahəsinin həqiqi mənada peşəkar xadimi olan‚ Azərbaycan Dilçilik və Filologiya sahəsinin görkəmli nümayəndəsi‚ böyük dilçi alim‚ filologiya elmləri doktoru, professor, ADPU-nun Filologiya fakültəsinin dekanı hörmətli Mahirə xanım Nağıqızından danışacam. Mahirə xanım Naxçıvan Muxtar Respublikasının‚ Naxçıvan rayonunun (indiki Babək rayonunun) Sust kəndində zəhmətkeş və ziyalı ailəsində anadan olub. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsinə qəbul olmuşdur.  1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir.  

İşlədiyi illər ərzində Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, döş nişanı ilə təltif olunmuşdur. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimidir. “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını 2012-ci ilin yanvarında uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2015-ci ilin mayında Müasir Azərbaycan dili kafedrasının dosenti vəzifəsinə seçilmişdir. 2015-ci ilin dekabr ayında Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifəsinə seçilmişdir.  

“XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda araşdırmalar aparmış, dolğun nəticələr əldə etmişdir. Dissertasiya işi müzakirələrdən uğurla çıxaraq müdafiəyə təqdim olunmuşdur. Mahirə Nağı qızı Hüseynova (Nağıyeva) 2017-ci il 2 mayda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda yüksək səviyyədə müdafiə etmiş və 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 

Mahirə xanım Dilçilik və Filologiya sahəsinin dəyərli xadimlərindəndir. Həmçinin dəyərli şairə və yazardır. Mahirə xanım dərin ensiklopedik mütaliyəyə və yüksək elmi yaradıcılığa malik‚ böyük bir publisistdir. Həm elm sahəsində‚ həm bədii poeziyada‚ həmçinin dilçilik və Ədəbiyyat sahəsində dəyərli alimin böyük əsərləri mövcuddur. Mahirə xanım bir çox aforizm və hikmətli sözlərin müəllifidir. Və dəyərli alimin elmi və bədii yaradıcılığında hikmət aşılamaq böyük yer tutur. Mahirə xanımın elmi və bədii yaradıcılığı ilə tanış olan hər kəs  ondan yüksək səviyyədə bəhrələnir və yararlanır. Professorun yaradıcılığının əsasını maarifləndirmək‚ milli mənəvi dəyərləri və vətənpərvərliyi‚  insanpərvərliyi aşılamaq təşkil edir. Görkəmli alimin bütün yaradıcılığı milli və ümumbəşəri insani dəyərləri insanlara çatdırmaqdan ibarətdir. Hörmətli professorun bütün elmi həyatı ali dəyərlərə söykənir. Dilçilik sahəsindəki öz fəaliyyətinə böyük dilçi alim Həsən Mirzədən mənəvi irs almaqla başlayan Mahirə Nağıqızı Həsən Mirzənin dilçilik sahəsindəki nəhəng elmi irsini və yaradıcılığını davam etdirərək‚ o böyük alimin  də qiymətli yolunu yaşatmağa çalışmışdır və məhz bu da elm sahəsində Mahirə xanımın böyük yaradıcılıqlara imza atmasına səbəb olmuşdur. 


Həm sadəliyi‚ həm insanpərvərliyi‚ həm elmi savadı ilə Mahirə xanım həqiqi mənada nümunə olan bir insandır‚ həmçinin çox nümunəvi və dəyərli bir nəslin də nümayəndəsidir. Bütün ailə üzvləri hər biri dəyərli ziyalı şəxslərdi. Hər biri ayrılıqda cəmiyyətin ən nümunəvi şəxslərindəndir və hər biri Dövlətçiliyimizə‚ ölkəmizə xidmət edirlər. 

Hörmətli professor vətənpərvərliyi və insani dəyərləri cəmiyyətə aşılamağı nəzərdə tutan və bu amalları hədəfləyən bir neçə dəyərli kitabın müəllifidir. Mahirə xanımın Türkiyədə də bir çox şerləri çapdan çıxıb. Kitabları və elmi əsərləri qardaş Türkiyə və bir çox ölkələrdə müzakirə olunmuş və yüksək dəyərləndirilmişdir. Professorun fikirlərinə Ukraynada ölkəmizi‚ Azərbaycançılığı tərənnüm və təbliğ edən klip çəkilmiş və bir çox yerdə yayımlanaraq ölkəmizin milli mənəvi irsinin və ölkəmizdəki inkişafın təbliğinə bir töhvə olmuşdur. Mahirə xanımın elmi və bədii yaradıcılığından nə qədər danışaq yenə də azlıq təşkil edər. Yaradıcılığında dəyərli professora uğurlar arzu edirik.


Məhəmməd Səfərov.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar