Xəbər lenti

Mahirə Nağıqızı: El - obanın dayağıdır qardaşım

Tarix: 25-02-2024 23:58     Baxış: 6 573

Mahirə Nağı qızı Hüseynova qardaşı, Azərbaycanın dəyərli oğlu Əli Nağıyevin ad gününə yazdığı şeiri Mubarizciler.az xəbə portalı olduğu kimi təqdim edir.

Ay bacılar, biz başına dolanaq,

Yatan evin oyağıdır qardaşım.

Ocaq olaq qarasına qalanaq,

Dərd dərmanı, göz yağıdır qardaşım.


Hər bacıya qismət olmaz neməti,

O, bacının adı-sanı, qiyməti,

Anamızın dizlərinin taqəti,

Dünyasının boyağıdır qardaşım.


Gözüm açıb onu arxa görmüşəm,

Müxənnəti çəkib çarxa görmüşəm.

Yaşamayıb baxtabaxta görmüşəm,

Qismətinin ayağıdır qardaşım.


Böyük-kiçik, hörmətdə yaş biləndi,

Təmizliyi dünyada baş biləndi.

Dostlarını doğma qardaş biləndi,

Belə ağa sayağıdır qardaşım.


  Nahidətək üzüyünün qaşı var,

Üç balası- balaların başı var.

Uca dağdır, zirvəsi var, başı var,

Nəvələrin oylağıdır qardaşım.


 Haqq-ədalət qalaçası, səngəri,

 Düz yoludur- taleyinin misgəri,

Millətinin, rəhbərinin əsgəri,

Adın- sanın layiqidir qardaşım.


Nazlı nənə, Tanrı onun köməyi,

Kimlər üçün keçməyibdir əməyi?

Ay Mahirə, Həsən Mirzə deməyi, 

El- obanın  dayağıdır qardaşım. 


8 noyabr 2015- ci il



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar