Xəbər lenti

Goranboy rayon S.Ocaqverdiyev adına Tatarlı kənd tam orta məktəbin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar

Tarix: 25-02-2024 23:46     Baxış: 2 576

Goranboy rayon S.Ocaqverdiyev adına Tatarlı kənd tam orta məktəbin tədbirlər planına uyğun olaraq 23 fevral  2023-cü il tarixində məktəbin direktoru Fuad Zamanov,UBR-i Dilbər Məmmədova,II a sinfinin rəhbəri Azya Əliyeva və həmin sinfin şagirdləri Goranboy şəhərində Xocalıdan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbədə ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət etdi.

Mubarizciler.az xəbər verir ki, sonra qəsəbədə məskunlaşmış, soyqırım zamanı həyat yoldaşını və üç körpə uşağını itirmiş Xocalı sakini Quliyev Qaryağdı Soltan oğlu ilə görüş keçirildi.

  Qaryağdı kişi hadisələrin canlı şahidi kimi geniş məlumat verdi.Şagirdləri maraqlandıran sualları cavablandırdı.

 Görüşdə çıxış edən məktəbin direktoru Fuad Zamanov Xocalı soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa və bəşəriyyətə qarşı yönəlmiş qətliam, vandalizm olduğunu bildirib və bu hadisəyə ilk siyasi-hüquqi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini qeyd edib.

   Sonra şagirdlərin ifasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş ədəbi–bədii kompozisiya nümayiş olunub.

 Allah bütün şəhidlərimizə rəhmət eləsin!





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar