Xəbər lenti
15-09-2025, 18:01
 
10-09-2025, 09:44
 

Qarabağ müharibəsi şəhidi Nərman Nağıyevin əziz xatirəsi anılıb - FOTOLAR

Tarix: 25-02-2024 17:17     Baxış: 1 120

 Fevralın 23-də İmişli rayonunun Qaradonlu kənd tam orta məktəbində I Qarabağ müharibəsi şəhidi Nağıyev Nərman Rüstəm oğlunun anım mərasimi ilə bağlı tədbir keçirilib. 

Mubarizciler.az xəbər verir ki, Tədbirdə şəhidimizin ailə üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri və məktəb kollektivi iştirak ediblər. 

Tədbirdə qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılıb, əziz xatirəsi ehtiramla yad edilib. Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənilib. Çıxış edənlər Azərbaycan Ordusunun qazandığı tarixi qələbəsindən söz açaraq bu zəfər ilə şəhidlərimizin qisasının alındığını qeyd ediblər. Şəhidlik zirvəsinə ucalan oğullarımızla tək bu gün deyil, illər ötsə belə gələcək nəsillərin qürur duyacağı söylənilib. Nə qədər Azərbaycan xalqı var şəhidlərimizin daim yad olunacağı, onların qəlblərdə əbədi yaşayacağı dilə gətirilib. Məktəbin şagirdləri isə vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Şəhidimizin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə ediblər.  

 

 Xatırladaq ki, Azərbaycan Ordusunun zabiti olmuş şəhid Nağıyev Nərman Rüstəm oğlu 27 noyabr 1959-cu ildə İmişli rayonunun Məzrəli kəndində anadan olub. 23 fevral 1994-cü ildə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə itgin düşmüş, döyüşlər bitdikdən sonra qəhrəmanımıza şəhid statusu verilmişdir. Adını əbədiləşdirmək məqsədilə İmişli şəhər küçələrindən biri N.Nağıyev adlandırılmışdır. 

 Allah rəhmət eləsin!



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar