Xəbər lenti
18-11-2024, 12:06
 

Goranboyda “Vətənpərvərməktəblilər” layihəsinin rəsmi bağlanış mərasimi təşkil olunub - FOTOLAR

Tarix: 24-02-2024 11:54     Baxış: 2 394

Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrantmüsabiqəsi”nin qalibi olmuş “Vətənpərvərməktəblilər” layihəsinin rəsmi bağlanış mərasimi təşkil olunub.

Mubarizciler.az xəbər verir ki,  Goranboy şəhər 1 nömrəli tam orta məktəbdə təşkil edilən bağlanış mərasimində Azərbaycanın Dövlət Himninin səsləndirilib və şəhidlərin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilib. 

Layihə rəhbəri Bəhruz Hümbətov hesabat xarakterli  çıxış edərək layihə ərzində görülmüş

İşlər barədə ətraflı məlumat verdi.  Vətən müharibəsi iştirakçısı, qazi Ruslan Əmrahov çıxışında həm keçdiyi döyüş yolundan,həm də dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqətdən ətraflı söhbət açdı, layihənin əhəmiyyətini vurğuladı. Vətən müharibəsi iştirakçısı, xüsusi təyinatlı qüvvələrin keçmiş mənsubu qazi Xəyal Abbasov Şuşa şəhərinin azad olunması zamanı həyata keçirilmiş əməliyyatlardan danışdı, bucür layihələrin vətənpərvərlik ruhunun aşılanması nöqteyi nəzərindən vacibliyini vurğuladı. Daha sonra  Goranboy Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Elçin Yusibov və Goranboy rayonu Nadirkənd kənd tam orta məktəbin direktoru Əminə Qasımova layihənin olduqca böyük əhəmiyyətə malik olduğunu, müxtəlif məktəblərdə keçirilmiş görüş və təlimlərin maraqlı keçdiyini, şagirdlərin həmyaşıdları ilə yeni dostluq əlaqələrinin formalaşdığını,onlar üçün yaddaşlarda unudulmaz izlər buraxdığını qeyd etdilər. Muzdurlar kənd şəhidi Mayor Əlövsət Məmmədovun həyat yoldaşı Rahinə Məmmədova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıdan geniş söz açdı, belə layihələrin davamlı olaraq keçirilməsinin zəruri olduğunu bildirdi. 

Daha sonra layihə içtirakçısı olan şəhid övladları və digər məktəblilər müxtəlif şeirlər söylədilər, eyni zamanda layihənin onlara qazandırdığı bilik və bacarıqlar, dostluq əlaqələri haqqında fikirlərini bölüşdülər. 

Layihənin bağlanış mərasimi iştirakçılara sertifikatların təqdim edilməsi ilə yekunlaşdı. 

Qeyd edək ki, 120 nəfərdən çox məktəblini əhatə etmiş “Vətənpərvər məktəblilər” layihəsinin əsas məqsədi şagirdlərin vətənpərvər ruhda böyüməsi, şəhid ailələrinin övladları ilə digər məktəblilər arasında dostluq və kommunikasiyanın yaradılması, onların cəmiyyətə insteqrasiyasına köməklik göstərilməsindən ibarətdir. 4 təlimdən ibarət layihənin hər təlimində digər məktəblilərlə yanaşı, qazilər və şəhid ailələrindən olan məktəblilər də iştirak etmişdir. 




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar