Xəbər lenti

Goranboyda Növbədənkənar Şura İclası keçirildi - FOTO

Tarix: 24-02-2024 00:20     Baxış: 1 673

23.02.2024-cü il tarixdə Goranboy şəhər 2 nömrəli tam orta məktəbdə "Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru cənab Eşqi Bağırovun imzası ilə məktəblərdə təhlükəsizlik tədbirləri ilə bağlı 30.01.2024-cü il tarixli,00/TQC-01-39 nömrəli təlimat" ın icrası zamanı nəzərdə tutulmuş məsələlərlə bağlı olaraq "Növbədənkənar Şura İclası" keçirildi.

Mubarizciler.az xəbər verir ki, Şura iclasında Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun əməkdaşı, Goranboy rayon Polis Şöbəsinin əməkdaşı, məktəb rəhbərliyi və müəllim kollektivi,valideyn komitəsinin sədrləri və valideynlər iştirak etdilər. Təlimata əsasən Təhsil Sektorunun əməkdaşı Hicran Əhməd, Polis Şöbəsinin əməkdaşı Vüqar müəllim , məktəbin direktoru İlhamə Qasımova, təşkilatçı müavin Aygün Orucova və məktəbin psixoloqları Həsənova Amalya , Vəliyeva Turanə təlimatda nəzərdə tutulmuş .

1.Ümumi təhsil müəssisələrində təhlükəsizliyi təmin etmək üçün nəzarətin,mühafizə işinin (kənar şəxslərin ümumi təhsil müəssisəsinə buraxılmaması),növbətçiliyin gücləndirilməsi

2.Şagirdlər qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarətin gücləndirilməsi

3.Müəllimlər və şagirdlərlə psixoloji maarifləndirmə işinin gücləndirilməsi.

4.Ümumi təhsil müəssisələrində valideynlərlə işin artırılması .

5.Sinif rəhbərlərinin vəzifə öhtəlikləri ilə bağlı işinə nəzarətin artırılması.

6.Ciddi təhlükə doğuracaq hər hansı hal müşahidə olunduğu təqdirdə təlimata uyğun addımların atılması və dərhal aidiyyatı qurumlara məlumatın verilməsi və.s kimi məslələrlə bağlı çıxış edərək tədbir iştirakçılarını maarifləndirdilər və iştirakçıları maraqlandıran sualları cavablandırdılar. Ciddi təhlükə doğuracaq hər hansı hal müşahidə olunduğu təqdirdə təlimata uyğun addımların atılması və dərhal aidiyyatı qurumlara məlumatın verilməsi və.s kimi məslələrlə bağlı çıxış edərək tədbir iştirakçılarını maarifləndirdilər və iştirakçıları maraqlandıran sualları cavablandırdılar.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar