Xəbər lenti
15-09-2025, 18:01
 
10-09-2025, 09:44
 

Uşaq evində böyüyən Şəhid Əmrah Rəcəbovun Anım Günüdür - FOTO

Tarix: 23-02-2024 15:30     Baxış: 1 043

Əmrah Rəcəbov 11 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. Kiçik yaşlarında atasını itirmişdir. Anası tərəfindən Gəncə şəhərində yerləşən internat tipli məktəbə verilmişdir.

Mubarizciler.az xatırladır ki, Orta təhsilini Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbində alır. Gəncə İnternat məktəbindən məzun olduqdan sonra, dövlət tərəfindən Masazır məzunlar evindən ev hədiyyə olunur. 2019-cu ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmət keçmək üçün orduya çağrılmışdır.

Xidməti fəaliyyətini Beyləqan rayonunu N saylı hərbi hissəsində icra etmişdir. 2020-ci ilin 27 sentyabr tarixində İkinci Qarabağ müharibəsinin başlmasından sonra Füzuli əməliyyatına cəlb olunmuş və Füzuli rayon mərkəzinin azad edilməsi uğrunda aparılan şiddətli döyüşlərdə iştirak etmişdir.

Əmrah Rəcəbov 2020-ci ilin 8 oktyabr tarixində Füzuli əməliyyatının gedişatında yaralanmış əsgər yoldaşını, döyüş mövqeyindən çıxartmağa çalışarkən yaxınlığına düşən mərmi nəticəsində şəhid olmuşdur. Uzun müddət itkin olaraq axtarılan Əmrah Rəcəbovun nəşi 23 fevral 2021-ci ildə tapılmış və Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar