Xəbər lenti

Prokurorluq işçiləri “Akademik hüquqi yazı” mövzusunda təlimə cəlb edilib - FOTO

Tarix: 23-02-2024 13:47     Baxış: 994

Prokurorluğun elmi potensialının gücləndirilməsi, təcrübədə rast gəlinən problemlərə sistemli, elmi-əsaslandırılmış həlli yollarının tapılması, prokurorlar arasında peşəkar elmi debatların təşfiq edilməsi daim diqqət mərkəzində saxlanılır.

Mubarizciler.az xəbər verir ki,  bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.

Prokurorluq işçilərinin elmi yazı qabiliyyətlərininin formalaşdırılması məqsədilə cari ilin fevral ayının 21-də Baş Prokurorluqda hibrid formatda təşkil olunmuş tədbirə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının professoru, hüquq elmləri doktoru Əmir Əliyev və İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Gülnaz Rzayeva təlimçi qismində cəlb olunub.

Təlim çərçivəsində 55 nəfərdən ibarət dinləyici auditoriyasına (25 nəfər əyani, 30 nəfər distant) “Uğurlu akademik yazının hazırlanması mərhələləri” “Akademik yazı üçün vacib şərtlər”, “Akademik yazının səciyyəvi xüsusiyyətləri” və sair mövzularda mühazirələr tədris edilərək, dinləyicilərin sualları cavablandırılmışdır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar