Goranboy rayonunda “Xocalının Səsi” adlı şeir müsabiqəsi keçirildi - FOTO
22 fevral 2024-cü il tarixdə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru, Goranboy Gənclər Evi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin birgə təşkilatçılığı ilə “Xocalı Soyqırımı” qurbanlarının əziz xatirəsinə həsr olunmuş ümumtəhsil məktəblərinin VII-VIII sinif şagirdləri arasında “Xocalının Səsi” adlı şeir müsabiqəsi üzrə Goranboy rayon birinciliyinin final mərhələsi keçirildi.
Mubarizciler.az xəbər verir ki, Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edildi. Tədbirdə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Çıxış edən natiqlər mənfur düşmənin dinc əhalimizə qarşı törətmiş olduğu soyqırım faktının xalqımızın yaddaşında silinməz bir iz olaraq qalacağını bildirmiş, həmçinin Vətən Müharibəsində qazanılmış zəfərin vacibliyini vurğulayaraq müsabiqə iştirakçılarına uğurlar arzu etmişlər.
Nəzərinizə çatdırmaq istəyirik ki, müsabiqənin ilkin seçim mərhələsi 13-20 fevral 2024-cü il tarixlərdə ümumtəhsil məktəbləri daxilində keçirilmişdir. Final mərhələsində 45 ümumtəhsil məktəbinin şagirdi qalibiyyət uğrunda mübarizə apardı. Şagirdlərin səsləndirdikləri şeirlər münsif müəllimlər tərəfindən qiymətləndirilmişdir. Final mərhələsinin qalibləri 23 fevral 2024-cü il tarixdə saat 12:00-da Goranboy Gənclər Evinin akt zalında təşkil ediləcək mükafatlandırılma mərasimində təltif olunacaqlar.
Xəbəri paylaş