Xəbər lenti

Anar Tağıyev sakinlərin müraciətləri dinlənildi - FOTO

Tarix: 23-02-2024 01:08     Baxış: 1 148

Yuxarı Qarxun kəndində sakinlərin müraciətləri dinlənildi.

Əhalinin problemlərinin yerində öyrənilərək həll edilməsi məqsədilə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev növbəti səyyar vətəndaş qəbulunu rayonun Yuxarı Qarxun kənd sakinləri ilə keçirmişdir.

Mubarizciler.az xəbər verir ki,  Səyyar qəbulda  Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri,  rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişlər.

 Şəhər İcra Hakimiyyətinin başçısı sakinlərin onları narahat edən məsələlər barəsində müraciətlərini dinlədi, səsləndirilən müxtəlif məzmunlu müraciətlərin həlli istiqamətində rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Bəzi müraciətlərlə bağlı isə qanunamüvafiq izahatlar verildi.

Kənd sakinləri qaldırdıqları problemlərin həllinə həssaslıqla yanaşıldığı və onlara göstərilən diqqət, qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar