Xəbər lenti
15-09-2025, 18:01
 
10-09-2025, 09:44
 

İcra Başçısı vətəndaşların səyyar qəbulunu keçirib - FOTOLAR

Tarix: 22-02-2024 18:50     Baxış: 868

Məzrəli kəndində 22.02.2024-cü il tarixdə vətəndaşlarla səyyar görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki,  İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev növbəti səyyar qəbulunu 22.02.2024-cü il tarixdə rayonun Məzrəli, Xubyarlı və Çaxırlı kənd sakinləri ilə keçirib. Qəbulda sakinlərlə yanaşı icra aparatının məsul işçiləri və rayonun xidmət təşkilatlarının rəhbərləri də iştirak ediblər.

 Qəbul başlamamışdan öncə icra başçısı sakinləri salamlayaraq bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Qeyd edib ki, rayonda keçirilən istər səyyar, istər də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur və vətəndaşlarımızı narahat edən ən kiçik müraciət, problem belə diqqətdən kənarda qalmır. 

Səmimi söhbət əsasında keçən səyyar qəbul zamanı sakinlər onları narahat edən bir sıra məsələləri qeyd ediblər. Sakinlərin təkliflərini həssaslıqla dinləyən icra başçısı mövcud problemlərin həlli istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar