Gəncədə “Daşkəsən məktəbliləri debatda” layihəsinin bağlanış tədbiri keçirilib - FOTOLAR
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində Gəncə şəhər S.Vurğun adına 41 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi Səbinə Qədirovanın fərdi kateqoriya üzrə qalib olduğu “Daşkəsən məktəbliləri debatda” layihəsinin bağlanış tədbiri keçirilib.
Mubarizciler.az xəbər verir ki, Layihənin bağlanış tədbirində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov və "Vətəndaş Cəmiyyətində Debat " İctimai birliyinin nümayəndəsi, eyni zamanda layihənin təlimçisi Elşən Məmmədov, müəllim və şagirdlər iştirak ediblər.
Panel görüşündə "Natiqliyin Karyera və Təhsildə rolu" mövzusunda müzakirələr aparılaraq, şagirdlər tərəfindən ünvanlanan suallar rəsmi qonaqlar tərəfindən səmimi müzakirə ilə cavablandırılıb.
Yekun bağlanış görüşündə A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbin "Qütb Ulduzları" komandası qalib, İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin "Əjdahalar" komandası finalçı seçilərək qalib olublar. Yekunda Debat çempionatınının qalibləri və ən yaxşı 10 natiq mükafatlandırılmış eyni zamanda bütün şagirdlər iştirakçı sertifikatı ilə təltif olunublar.
Qeyd edək ki, layihənin əsas məqsədi Daşkəsən rayon məktəblilərinin müasir düşünmə, səlis nitqinin formalaşması, düzgün hədəfə çatmaq bacarıqlarının inkişaf etdirilməsi üçün debat təlimlərinə cəlb edilməsidir.
Layihə müddətində 250 -yə yaxın şagird arasından 45 şagird seçilərək "Natiqlik", "Düzgün ünsiyyət strategiyası”, "Liderlik", "Debat" təlimlərinə cəlb olunublar. Layihənin əhəmiyyəti məktəblilər arasında debat ənənəsi yaratmaq, yaxın rayonlarda keçirilən debat təlimlərində iştirak imkanlarına dəstək olmaqdan ibarətdir.
Xəbəri paylaş