Goranboyda avtomobil yolları işçilərinin peşə bayramı günü ilə bağlı tədbir keçirildi - Foto
Tədbir iştirakçıları öncə, ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər, sonra tədbir RİH-nin inzibati binasının akt zalında davam etdirildi.
Mubarizciler.az xəbər verir ki, Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, rayonda fəaliyyət göstərən Yol istismarı idarələrinin rəhbərləri və bir qrup əməkdaşları iştirak etdilər.
Prezident cənab İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yolları işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı ilə 22 fevral tarixinin - avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunduğunu vurğulayan icra başçısı Məhərrəm Quliyev, indi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri kimi yol infrastrukturunun müasir standartlarla yenidən qurulduğunu, avtomobil yolları işçilərinin ölkəmizdə gedən sosial-iqtisadi inkişafa dəstək olmaqla, Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynadığını bildirdi.
Tədbirin sonunda, peşə xidməti sahəsində fərqlənən bir qrup yol işçilərinə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edildi.
Xəbəri paylaş