Xəbər lenti

Şəhid Polkovnik-leytenantı Rasim Abdullayevin doğum günüdür

Tarix: 21-02-2024 20:50     Baxış: 910

Bu gün şəhid tibb xidmət Polkovnik-leytenantı Rasim Yaqub oğlu Abdullayevin doğum günüdür.                                                  Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Rasim Abdullayevdir.

 Mubarizciler.az xəbər verir ki,  Polkovnik-leytenant Rasim Yaqub oğlu Abdullayev 1975-ci il fevralın 21-də Kəlbəcər rayonunda anadan olub. 1982-1992-ci illərdə Kəlbəcər şəhərində 1 nömrəli tam orta məкtəbdə, 1992-1998-ci illərdə isə Azərbaycan Tibb Universitetində (ATU) təhsil alıb.

Rasim Abdullayev 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşləri zamanı yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib.

Məlum olduğu kimi, Ordumuz 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibəyə əks-hücumla cavab verərək işğal altında olan ərazilərimizin azadlığına qalxdı. Bu Vətən müharibəsində Azərbaycan Ordusunun polkovnik-leytenantı olan hərbi tibb qulluqçusu Rasim Abdullayev Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb.

Polkovnik-leytenant Rasim Abdullayev noyabrın 10-da Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Ailəli idi, Miryaqub və İslam adında 2 övladı yadigar qaldı. Allah rəhmət eləsin. Ruhun qarşısında baş əyirik Şəhidim.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar