Xəbər lenti

İcra nümayəndəsi qəzada öldü: Sükan arxasında içkili olub? - YENİLƏNİB + AÇIQLAMA/VİDEO

Tarix: 21-02-2024 00:59     Baxış: 1 519

İcra nümayəndəsi qəzada öldü: Sükan arxasında içkili olub?

Ağdam Rayon İcra Hakimiyyəti başçısının Əlimədətli kənd ərazi nümayəndəsi, 1985-ci il təvəllüdlü Fərrux Cabbarov yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.

Mərhumun qohumunun sözlərinə görə, icra nümayəndəsi sükan arxasında olarkən ürək tutması səbəbindən dünyasını dəyişib.

Sosial şəbəkələrdə Fərrux Cabbarovun sürücülük hüququnun olmaması, avtomobilinin başqasına məxsus olması və ona etibarnamənin verilməməsi haqda yayılan xəbərlərə mərhumun qohumu belə aydınlıq gətirib:

“Çoxu deyir ki, içkili olub, sürücülük vəsiqəsi olmayıb. Xeyr, yalan söhbətdir. Sürücülük vəsiqəsi var, içki qəbul edən insan deyil. Rayonumuz, camaatımız üçün çalışan biri idi”.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:

10:48

Ağdamda ərazi nümayəndəsi yol-nəqliyyat hadisəsi zamanı ölüb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Fərrux Nazim oğlu Cabbarov idarə etdiyi 02-BR-360 dövlət qeydiyyat nişanlı “Lada Priora” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Qeyd edək ki, F.Cabbarov Ağdam rayonu Əlimədətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb

Faktla bağlı araşdırma aparılır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar