Xəbər lenti

"Uşaq Səfirlər Məclisi"nə seçilən Gəncə məktəbliləriylə görüş keçirilib - FOTOLAR

Tarix: 20-02-2024 23:50     Baxış: 2 191

Görüşdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xalidə Mete seçilən uşaqlara məclisin fəaliyyəti, görüləcək işlər barədə ətraflı məlumat verib və şagirdlərin suallarını cavablandırıb. 

Mubarizciler.az xəbər verir ki,  görüşdə ötən il məclisə üzv seçilən Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdi Hüseyn İsmayılov və  İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin şagirdi Xavər Qasımova şagirdlərə öz təcrübələrini bölüşərək, qeyd edilən məsələlərdə onlara dəstək olacaqlarını bildiriblər.

Qeyd edək ki, "Uşaq Səfirlər Məclisi"nin məqsədi uşaqların müxtəlif tədbirlərdə müstəqil olaraq fəallığının artırılması, təşkil olunan ictimai işlərdə dəstək göstərilməsindən ibarətdir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar