Rəşad Tağıyev vətəndaşların səyyar-görüşünü keçirdib - FOTO
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev sakinlərimizi narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə bu dəfə Qapanlı kəndində sakinlərimizlə görüşüb.
İcra başçısı kəndin sakinləri ilə söhbətində bildirib ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər bu gün də davam etdirilir.
Dövlət başçımızın müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə də sakinlərə ətraflı məlumat verən Rəşad Tağıyev qeyd edib ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına və güzəranının yaxşılaşdırılmasına xidmət edir və bu məqsədyönlü işlər davamlı olacaq.
Mubarizciler.az xəbər verir ki, sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib, onların arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlər tərəfindən edilən müraciətlər əsasən kəndə gələn avtomobil yolunun yenidən qurulması, yeni salınmış yaşayış evlərinə qaz xəttinin çəkilməsi və digər məsələlərlə bağlı olub.
İcra başçısı qaldırıdıqları məsələlərlə bağlı aidiyyatı təşkilatlarla görülən işlər barədə sakinləri məlumatlandırıb.
Daha sonra fərdi şəkildə müraciət etmək istəyən sakinlərin qəbulu keçirilib.
Xəbəri paylaş