Xəbər lenti

Goranboyda “Vətənpərvərməktəblilər” layihəsinin sonuncu- dördüncü mərhələsi təşkil edilib - FOTO

Tarix: 19-02-2024 20:04     Baxış: 2 240

Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrantmüsabiqəsi”nin qalibi olmuş “Vətənpərvərməktəblilər” layihəsinin sonuncu- dördüncü mərhələsi təşkil edilib.

Mubarizciler.az xəbər verir ki, Goranboy şəhər 1 nömrəli tam orta məktəbdə təşkil edilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Layihə rəhbəri Bəhruz Hümbətov çıxışında Goranboy şəhər 1 nömrəli, 2 nömrəli və 3  nömrəli məktəblərdən layihəyə qatılmış iştirakçılara layihə haqqında ətraflı məlumat verib. Daha sonra Vətən müharibəsi iştirakçıları Əli Seyfullayev və Ülfət Babayev Vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi böyük qəhrəmanlıqdan bəhs edib, bu hadisənin tariximizə qızıl hərflərlə yazıldığını layihə iştirakçılarının diqqətinə çatdırıblar. 

Tədbirin ikinci hissəsində vətənpərvərlik ruhunun təbliği və müxtəlif məktəbləri təmsil edən layihə iştirakçıları arasında şəbəkələşmənin və kommunikasiyanın yaxşılaşdırılması istiqamətində Goranboy rayon Uşaq-Gənclər İdman ŞahmatMəktəbinin əməkdaşı, təlimçi Sevlan Rüstəmli tərəfindən “Vətən və vətənpərpərvərlik” mövzusunda təlim keçirilib, daha sonra isə intellektual yarış təşkil edilmişdir.

Qeyd edək ki, 120 nəfərdən çox məktəblini əhatə etmiş “Vətənpərvər məktəblilər” layihəsinin əsas məqsədi şagirdlərin vətənpərvər ruhda böyüməsi, şəhid ailələrinin övladları ilə digər məktəblilər arasında dostluq və kommunikasiyanın yaradılması, onların cəmiyyətə insteqrasiyasına köməklik göstərilməsindən ibarətdir. 4 təlimdən ibarət layihənin hər təlimində digər məktəblilərlə yanaşı, qazilər və şəhid ailələrindən olan məktəblilər də iştirak etmişdir. Bir neçə gün sonra layihənin rəsmi bağlanış mərasimi və layihə iştirakçılarına sertifikatların təqdimetmə mərasimi təşkil olunacaqdır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar