Elvin Paşayev şəhər sakinləri ilə səyyar görüş keçirdi - FOTO
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev şəhər sakinləri ilə səyyar görüş keçirdi.
Mubarizciler.az xəbər verir ki, Səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri, Göygöl şəhəri Səməd Vurğun, Babək və Qaçaq Nəbi küçələrinin sakinləri iştirak ediblər.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin dövlət başçısının tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar görüş zamanı bir qrup sakini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən sel sularının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi, “qızılca” xəstəliyi əleyhinə məktəblərdə və idarələrdə dezinfeksiya işlərinin aparılması, şəhər 5 nömrəli tam orta məktəbdə su çatışmazlığının aradan qaldırılması, sahibsiz küçə itləri ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi, şəhər mərkəzindəki kilsənin saatının təmir edilməsi, həyətyanı torpaq sahəsi ilə təmin olma və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.
Xəbəri paylaş