Elvin Paşayev Göygöl şəhər sakinləri ilə səyyar görüş keçirdi - FOTO
İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Göygöl şəhər sakinləri ilə səyyar görüş keçirdi.
Mubarizciler.az xəbər verir ki, Göygöl Rayon Gənclər Evində təşkil olunan səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri, Heydər Əliyev prospekti, Hummel və Aşıq Şəmşir küçələrinin sakinləri iştirak ediblər.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar görüş zamanı bir qrup sakini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən küçə istiqamətində nasaz lampaların vaxtında dəyişdirilməsi, mədəniyyət və istirahət parkında uşaqlar üçün əyləncə məkanlarının təşkil olunması, Heydər Əliyev prospekti, Hümmel və Aşıq Şəmşir küçələrində yolun asfalt örtüyündə yaranmış çalaların təmir edilməsi, “qızılca” xəstəliyi əleyhinə məktəblərdə və idarələrdə dezinfeksiya işlərinin aparılması, işə qəbul olma və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.
Xəbəri paylaş