Xəbər lenti
30-11-2024, 18:35
 
24-11-2024, 19:50
 

Goranboyda "Yeniyetmələrin sirrləri" mövzusunda söhbət aparılıb - FOTO

Tarix: 18-02-2024 01:17     Baxış: 1 148

15 fevral  2024 - cü il tarixində Goranboy rayon T.Abbasov adına Baxçakürd kənd tam orta məktəbin psixoloqu Hüseynova Nurlana və UBTR- Baxşəliyeva Aysu IX  sinif şagirdləri ilə "Yeniyetmələrin sirrləri"  mövzusunda söhbət aparıldı. 

Mubarizciler.az xəbər verir ki, Yeniyetməlik dövrü 11-12 yaşdan 14-15 yaşadək müddəti, orta məktəbin V- IX sinif şagirdlərini əhatə edir. Lakin yeniyetməlik dövrünün başlanmasına və qurtarmasına dəqiq sərhəd qoymaq mümkün deyildir.

 Müxtəlif amillərin təsiri altında həmin yaş dövrü bir il tez və ya gec başlaya, və ya bitə bilər. Bu dövr özünün praktik əhəmiyyəti, pedaqoji çətinlikləri və uşaq şəxsiyyətinin dinamikasında baş verən psixoloji təbəddülatları ilə nəzəri cəlb edir.

Yeniyetməlik dövrü mexanizminin açılmasında görkəmli psixoloq A.N.Leontyevin-“uşağın psixi inkişafının hərəkətverici qüvvəsi onun ictimai münasibətlər sistemində tutduğu real yerin dəyişməsidir” müddəası çox böyük əhəmiyyət kəsb edir. A.N.Leontyevin yazdığı kimi, psixi inkişafın müəyyən mərhələsində “onu əhatə edən insani münasibətlər aləmində uşağın əvvəllər tutduğu yer, onun tərəfindən öz imkanlarına müvafiq gəlməyən kimi dərk olunur və uşaq onu dəyişməyə səy göstərir. Uşağın həyat tərzi ilə, artıq onun bu həyat tərzini qabaqlamış imkanları arasında açıq ziddiyyət meydana çıxmağa başlayır. Buna müvafiq olaraq, onun fəaliyyəti də yenidən qurulur. Bununla da onun psixi həyatının inkişafının yeni mərhələsinə keçid başa çatır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar