Xəbər lenti

İlham Əliyev Münxendə “The Rockefeller Foundation”ın baş vitse-prezidenti ilə görüşdü - Yenilənib+Fotolar

Tarix: 18-02-2024 01:01     Baxış: 1 225

Fevralın 17-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən “The Rockefeller Foundation”ın strateji kommunikasiyalar, siyasət və təbliğat üzrə baş vitse-prezidenti Eylin Okonnorun görüşü olub.

Mubarizciler.az  xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

***

COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıran Eylin Okonnor “The Rockefeller Foundation”ın dünyada iqlim dəyişikliyi və onun qarşısının alınmasının maliyyələşdirilməsi sahəsində aktiv fəaliyyət göstərdiyini, bu istiqamətdə bir sıra dövlətlərlə, özəl sektorla və vətəndaş cəmiyyəti ilə çalışdığını qeyd edib.

O, bu xüsusda Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bildirib.

Təbriklərə görə minnətdarlığını bildirən İlham Əliyev qeyd edib ki, COP29-la əlaqədar inklüzivliyin tərəfdarıdır və Azərbaycan bu istiqamətdə beynəlxalq ictimaiyyətlə yaxından işləyir.

Ölkəmizin “The Rockefeller Foundation”la da əməkdaşlığa hazır olduğunu vurğulayan Prezident İlham Əliyev Fondun nümayəndə heyətini Azərbaycana səfərə dəvət edib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar