Xəbər lenti
18-11-2024, 12:06
 

Xəyal Məmmədov: Xalq Prezident İlham Əliyevə inanır öz taleyini ona etibar edir

Tarix: 17-02-2024 00:32     Baxış: 2 443

2024-cü il fevralın 7-də keçirilən Prezident seçkilərində ilkin nəticələrə görə 92,05 faiz səslə İlham Əliyev inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçildi. Bu qələbə xalqın öz liderinə sarsılmaz inamından qaynaqlanmaqla, son iyirmi ildə görülən işlərə, qazanılan uğurlara verilən dəyərdir. Azərbaycan xalqı səsini İlham Əliyevə verməklə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqətini nümayiş etdirdi.Prezident seçkiləri bir dövrün yekunu, yeni bir dövrün başlanğıcı sayılır. Ötən ilin sentyabrında suverenliyimiz tam bərpa olundu, Qarabağda separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu. Bununla da Azərbaycan tarixinin çox mühüm dövrünə yekun vuruldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qüdrətli sərkərdəliyi, öz müdrik siyasəti ilə xəyal kimi görünən arzularımızı həqiqətə çevirdi. İndi isə yeni bir dövr başlayır, bu dövrün başlanğıcı məhz prezident seçkiləri ilə qoyulur.Hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı şanlı Qarabağ Zəfərinin sevincini yaşayır, haqqlı qürur hissi keçirir. Azərbaycanın çoxəsrlik tarixində heç vaxt buna bənzər qələbə olmayıb. Xalqımız öz prezidenti ilə fəxr edir, ona qələbə sevinci yaşadan, başucalığı gətirən liderinə böyük dəstək verir. Prezident seçkiləri bunun daha bir bariz təcəssümü oldu.Digər diqqət çəkən məqam ondan ibarətdir ki, ilk dəfə olaraq bu seçkilər Azərbaycanın hər bir guşəsində, o cümlədən 30 illik işğaldan azad edilmiş torpaqlarımızda keçirildi.Biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlamışıq. Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən - uğurlu antiterror tədbirlərindən sonra başlayıb. Bir sutkadan da az çəkən bu tədbirlər Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələndi. Separatçı rejim diz çökdü və ağ bayraq qaldıraraq təslim oldu.Daha bir mühüm məqam Prezident İlham Əliyevin fəaliyyətinin 20 ilinin tamam olmasıdır. Seçkilər həm də bu misilsiz dövrün yekunu oldu və xalqın yüksək qiymətini aldı.2003-cü ildə - müstəqillik tariximizin ən həlledici məqamında Azərbaycan xalqı düzgün seçim edərək Ulu Öndərimizin layiqli varisi İlham Əliyevi prezident seçdi, bununla da Heydər Əliyev siyasətinin davam etdirilməsinə səs vermiş oldu. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmazdı, xalqımız, dövlətimiz hansı təhlükələrlə üzləşəcəkdi. Bu, bir daha təsdiqləyir ki, güclü lider və düşünülmüş siyasət olmadan istənilən ölkənin, xüsusilə Azərbaycan kimi gənc müstəqil ölkənin özünü təsdiqləməsi, irəliləməsi və beynəlxalq aləmdə nüfuz qazanması mümkünsüzdür.Xalq Prezident İlham Əliyevə inanır, öz taleyini ona etibar edir. Məhz bu inam sayəsində xalq-iqtidar birliyi həlledici amilə çevrilib.Bugünkü Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə sayılır, özünəməxsus inkişaf modelləri ilə tanınır. Son 20 ilin mənzərəsi göstərir ki, həm siyasi və hərbi müstəvidə, həm də ölkəmizdə gedən proseslər baxımından sentyabra qədər getdiyimiz yol düzgün yoldur. Sözsüz ki, müdrik xalqımız bu yolun davam etməsini istəyir və 7 fevral seçkilərinin nəticəsi bunu əyani şəkildə təsdiqlədi. Bir sıra analitiklərin fikrincə, bu seçkilər həm də xalqın dövlət başçısına hörmət və minnətdarlığını ifadə etməsi üçün bir imkan oldu.Son 20 ilin tarixi göz qabağındadır. Biz hamımız bu dövrdə baş vermiş misilsiz inkişafın canlı şahidləriyik. Azərbaycanın haradan haraya gəlib çıxdığını öz gözlərimizlə görmüşük. Bu dövr ölkə iqtisadiyyatının dinamik inkişafı, insanların rifah halının durmadan yaxşılaşması, bütün sahələrdə köklü islahatlarla yadda qalıb.İlham Əliyevin Azərbaycana Prezidentlik etdiyi 20 il ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olub. Prezident İlham Əliyev ötən 20 ildə verdiyi hər bir vədi yüksək səviyyədə yerinə yetirib.Əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 gün ərzində azad olundu. BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi. Beləliklə, Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.Şanlı Vətən müharibəsi Prezident İlham Əliyevin daha bir liderlik keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı xarici KİV-ə otuzadək müsahibə verdi ki, bu da münaqişə və Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri hərb tariximizə daha bir parlaq səhifə kimi yazıldı, qarşıya qoyulan hədəflərə 24 saatdan da az müddətdə nail olundu. Bu, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyətinin, siyasi iradəsinin müdrik qərarlarının məntiqi nəticəsi olmaqla, öz lideri ətrafında “dəmir yumruq” kimi birləşmiş xalqımızın gücünü və qələbə əzmini nümayiş etdirdi.Qurucu lider olan Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün inanılmaz qətiyyət və əzmkarlıq göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha firavan etmək məqsədi daşıyır.İşğaldan azad olunmuş ərazilərdə həyat yenidən qayıdır: infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir. Azad olunmuş ərazilərə qısa müddətdə 1360 ailə, yaxud 5 min 354 nəfər köçürülüb. Onlara prezident seçkilərində ilk dəfə olaraq doğma yurdda səs vermək xoşbəxtliyi nəsib olub.Düşmənin darmadağın etdiyi şəhər və kəndlərin bərpası sürətlə davam etdirilir, Böyük Qayıdış yolunda böyük addımlar atılır. Azad olunmuş şəhər və kəndlərə yaxın üç ildə 140 min insanın köçürülməsi planlaşdırılır.Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan kənardan bir manat belə almadan özü görür. Bu, həm də ölkəmizin ildən-ilə artan iqtisadi gücünün göstəricisidir.

Prezident seçkilərində İlham Əliyevə səs verən xalqımız əmindir ki, bu nailiyyətlərin davamı gələcək, yeni dövrdə qarşıda duran yeni vəzifələr də uğurla yerinə yetiriləcək.


Xəyal Sakit oğlu Məmmədov

Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar