Xəbər lenti

Goranboyda mini-futbol yarışına start verildi - FOTO

Tarix: 16-02-2024 20:09     Baxış: 1 484

Goranboyda idarə müəssisə və təşkilat komandaları arasında mini-futbol yarışına start verildi

Mubarizciler.az xəbər verir ki,  16 fevral 2024-cü il tarixdə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı, Goranboy Olimpiya İdman Kompleksi və ATİAHİ-nin Goranboy rayon komitəsinin birgə dəstəyi ilə idarə, müəssisə və təşkilat komandaları arasında "05 Mart-Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş mini-futbol idman növü üzrə Goranboy şəhər kuboku yarışının püşkatma mərasimi keçirildi.

 Mərasim təntənəli şəkildə açıq elan edildi, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 12 komandanın qatıldığı yarışın qrafiki püşkatmanın yekunlarına görə müəyyənləşdirildi. Olimpiya sistemi üzrə keçiriləcək yarışın ilk oyunları 19 fevral 2024-cü il tarixdə saat 17:00 - da Goranboy OİK-də keçiriləcəkdir. Əziz idmansevərlər. Hər birinizi komandalarımıza dəstək olmağa dəvət edirik.





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar