Xəbər lenti

İcra Başçısı Kommunal Müəssisələr Kombinatına baxış keçirərək görülən işlərlə tanış olub - FOTO

Tarix: 16-02-2024 19:39     Baxış: 497

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Şəmkir Kommunal Müəssisələr Kombinatına baxış keçirərək görülən işlərlə tanış olub.

Mubarizciler.az xəbər verir ki,  İcra başçısına əvvəlcə Kommunal Müəssisələr Kombinatı tərəfindən alınmış yeni özüboşaldan yük avtomobili təqdim olunub. Qeyd olunub ki, bu 2023-cü il ərzində Kombinat tərəfindən alınmış ikinci nəqliyyat vasitəsidir. 

Daha öncə alınmış xüsusi tipli tullantı daşıyan avtomobilin şəhərin təmizliyinin təmin olunmasında əhəmiyyəti vurğulanaraq, yeni texnikanın istismara verilməsi ilə Kombinatın bu sahədəki fəaliyyətinin əhatə dairəsinin genişləndiriləcəyi və təkmilləşdiriləcəyi bildirilib.

Rəşad Tağıyev həmçinin Kommunal Müəssisələr Kombinatının inzibati binasında aparılan təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub, kollektivə uğurlar arzulayıb.

Şəmkir Kommunal Müəssisələr Kombinatının tərkibində yaradılan istehsal sahəsinə baş çəkən rayon İcra Hakimiyyətinin başçısına məlumat verildi ki, 2022-ci ildən etibarən fəaliyyət göstərən sahədə tullantı konteynerlərinin istehsalı davam etdirilir. Ötən müddət ərzində Kombinatda 462 ədəd müasir standartlara cavab verən 1,1 m3-lik konteynerlər istehsal olunub və mərhələli şəkildə Şəmkir şəhərinin ərazisində yerləşdirilməkdədir. Hər bir konteynerin yerləşdirilməsi zamanı müvafiq normalara uyğun olaraq ara məsafəsi müəyyən olunur, eyni zamanda xüsusi meydançalar yaradılır. 

Bildirilib ki, ən yaxın vaxtlarda Şəmkir şəhərinin tullantı konteynerlərinə olan tələbatının tam təmin olunması planlaşdırılır. Bundan sonra isə rayonun qəsəbələrində və böyük kəndlərində də konteynerlərin yerləşdirilməsi nəzərdə tutulur. 

Kommunal Müəssisələr Kombinatının fəaliyyətini yüksək qiymətləndirən RİH başçısı Rəşad Tağıyev xidmət keyfiyyətinin daha da yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar