Göyüş Nağıyev: Ölkəmizin tarixində ilk dəfə olaraq qələbə qazanmış bir respublikada Zəfər platformasında seçkilər keçirilirdi
Azərbaycan xalqı seçkilərdə yüsək səviyyədə aktivliyi ilə, düzgün seçim etməklə Qərbin, ABŞ və Fransanın Azərbaycanda seçki prosesini gözdən salmaq planını faktiki iflasa uğratdı. Ölkəmizin daxilindəki Qərb şəbəkəsi də ifşa olundu. Onlar məkrli planlarını icra edə bilmədilər. Səsvermə başa çatandan sonra prosesi izləyən 70-dən çox müşahidə missiyası, “exit-poll” təşkilatlarının rəylərində də seçkilərin şəffaf və demokratik şəkildə keçirildiyi qeyd olunur. Yalnız ATƏT hər zamankı kimi qərəzli və qeyri-obyektiv dəyərləndirmə etdi. Bu da gözlənilən idi. Çünki illərdir, ATƏT seçkilərdə Azərbaycana qarşı qərəzini gizlədə bilmir. Hər il eyni qərəzli rəylərlə Azərbaycanın uğurlarına kölgə salmağa çalışır. Amma bu dəfə də məkrli plan baş tutmadı. ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosunun ABŞ-da kjeçirilən seçkilərlə bağlı hazırladğı hesabatlara məhəl qoymayan, onu ciddi qəbul etməyən Vaşinqtonun qurumun Azərbaycandakı seçkilərlə bağlı hazırladığı qərəzli dəyərləndirməni təqdir etməsi sadəcə təəssüf doğurur. Qərbin riyakar simasını bir daha ortaya qoyur. Öz paradoksal seçki sistemi ilə öyünən ABŞ dyenə ənənəsinə sadiq qalaraq pozucu missiyasını davam etdirməyə çalışdı. Bu dəfə də nəticəəldə edə bilmədi. 7 fevral prezident seçkilərində Azərbaycan xalqı öz irasədini ortaya qoydu və inkişafa, təhlükəsizliyin qarantına səs verdi. Beləliklə, qalib xalq qalib liderini seçdi.Ölkəmizin tarixində ilk dəfə olaraq qələbə qazanmış bir respublikada Zəfər platformasında seçkilər keçirilirdi. Eyni zamanda müstəqillik tariximizdə ilk dəfə olaraq bütün Azərbaycan ərazilərində seçkilər təşkil olunmuşdu. Bu gün dünya mətbuatı Azərbaycanın demokratiya yolunda yeni səhifə açmasından, ölkəmizin qalib və lokomativ kimi regionda möhkəmlənən nüfuzundan yazır.Bu dəfəki seçkilər Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyırdı. Ərazi bütövlüyü və suverenliyimizin təmin olunmasından sonra bütün ölkə ərazisində səsvermə prosesinin keçirilməsi hər bir azərbaycanlı üçün fəxr və qürur idi. Azərbaycan xalqı illərdir bu anı gözləyirdi.Azərbaycan liderinə gələn çoxsaylı təbrik mesajları isə Azərbaycan Prezidentinin nüfuzundan, onun qalib lider, nüfuzlu siyasətçi kimi qəbul olunduğunu bir daha təsdiqlədi. İƏT baş katibinin təbrikində isə Azərbaycan Prezidentinin dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə, müsəlman ölkələri arasında əlaqələrin güclənməsinə verdiyi töhfələr təqdir olunur. Artıq Azərbaycanda yeni mərhələ başlayır. Prezident İlham Əliyevin də söylədiyi kimi biz əsas missiyamızı yerinə yetirmişik - ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik. Artıq bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız var.
Vətən müharibəsindən sonra keçirilən ilk Zəfər seçkisində iştirak hər bir vətənsevər azərbaycanlının müqəddəs amalı, son 200 illik tariximizin dönüş anı, mühüm dövlətçilik imtahanı və beynəlxalq siyasi hadisə oldu. Prezident seçkiləri bir sıra məqamları və əhəmiyyəti ilə şanlı tariximizə yazıldı. Xalqımız 30 ildən sonra ilk dəfə olaraq ərazi bütövlüyümüz tam təmin edilmiş şəkildə seçki keçirdi və bu seçki bütün ölkə ərazisini əhatə etdi. Keçmiş məcburi köçkünlər öz yurdlarında səsverməyə qatıldılar. İllərdən sonra Ağdərədə, Kəlbəcərdə, Laçında, Şuşada, Ağdamda, Füzulidə, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Xocavənddə, Xocalıda, Xankəndidə - yəni Qarabağ və Şərqi Zəngəzurda Zəfər seçkilərinin qüruru yaşandı. Bununla da biz ərazi bütövlüyümüzü və suverenliyimizi bir daha təsdiq edərək bütün dünyaya nümayiş etdirdik. Odur ki, bu seçkilər Zəfər seçkisi olaraq tariximizdə əbədi qalacaq.
Cənab prezident, Sizi təbrik edir, Bu müqəddəs işdə Ulu Tanrıdan qalib xalqın qalib liderinə - cənab Prezidentə möhkəm can sağlığı, xoşbəxtlik, səadət diləyir, xalqımızın rifahı, vətənimizin çiçəklənməsi yolunda yerinə yetirdiyi işlərində yeni – yeni uğurlar arzulayıram.
Xoş arzularla: Göyüş Nağıyev
Goranboy rayon Eyvazlılar kənd ümumi orta məktəbin direktoru, Birinci Qarabağ Müharibəsi veteranı.
Xəbəri paylaş