Seymur Nazarov: Müzəffər Ali Baş Komandan İlham Əliyev bu zəfərlə Azərbaycan dövlətçiliyinin ən şərəfli səhifələrindən birinin müəllifi oldu
Fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçirildi. Bu seçkinin əhəmiyyətini artıran amillərdən biri də müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçirilməsi idi.
Qalib Xalq Müzəffər Ali Baş Komandanına böyük etimadını bir daha nümayiş etdirdi.
2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi və keçən ilin sentyabrında Xankəndiyə bayrağımızın asılması İlham Əliyevi istənilən seçkilərdə alternativi olmayan lider etdi. Seçki günü xalqımızın məntəqələrə axın edərək səsvermədə yüksək fəallıq nümayiş etdirdiyinin şahidi olduq.
Xalqımız onu 30 ilin natamamlıq kompleksindən xilas edən, milli mənliyini, qürurunu, özünəinam hissini qaytaran, yüz illik saxtakarlığı tarixin qaranlığına atan Böyük Şəxsiyyətə, Qalib Liderə təşəkkürünü ifadə etdi. Bu, bir xalqın öz Liderinə vəfa borcunu ödəməsi, İlham Əliyev şəxsiyyətinin 20 illik fəaliyyətinə verdiyi qiymət idi.
Müstəqilliyimizin bərpasından sonra ilk dəfədir ki, seçkilər ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycanda keçirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu zəfərlə Azərbaycan dövlətçiliyinin ən şərəfli səhifələrindən birinin müəllifi oldu.
Azərbaycan xalqı fevralın 7-də cənab İlham Əliyevə səs verməklə inkişafa, sabitliyə, təhlükəsizliyə, tərəqqiyə səs verdi. Bu, Azərbaycan xalqının iradəsinin bariz göstəricisidir. Verilən hər bir səs, göstərilən dəstək ötən 20 ildə görülən işlərə ən real qiymətdir. Bu illər ərzində Azərbaycan istər regionda, istərsə də beynəlxalq aləmdə apardığı müstəqil siyasətlə lider dövlətə çevrilib. Sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıb.
Əldə edilən hər bir nailiyyətin arxasında Azərbaycan xalqının dahi oğlu, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət və bu siyasətin uğurlu davamı dayanır. Ümummilli lider Heydər Əliyevin arzu və vəsiyyətini əməllərində gerçəkləşdirərək, Ali Baş Komandan İlham Əliyev Azərbaycanı Qalib ölkəyə çevirib.
Bütün Goranboy ictimaiyyəti cənab İlham Əliyevi Azərbaycanda keçirilən prezident seçkilərində inamlı qələbəsi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar arzulayır!
Seymur Nazarov
Goranboy rayon İcra Hakimiyyəti Başçısının Birinci Müavini.
Xəbəri paylaş