Xəbər lenti

Rövşən Bağırov vətəndaşların səyyar qəbulunu keçirib - FOTOLAR

Tarix: 15-02-2024 19:22     Baxış: 1 197

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 14 fevral 2024-cü il tarixdə Padarqışlaq kəndində səyyar qəbul keçirib.

 Mubarizciler.az-ın məlumatına görə, Səyyar qəbulda vətəndaşlar tərəfindən elektrik, təbii qaz ilə təchizatın yaxşılaşdırılması, fərdi yaşayış evi və ya mənzillə təmin olunma, bir sıra sakinlərin işlə təminatı, torpaq məsələləri, Padarqışlaq kəndinin əkin sahələrində ziyanvericilərin zərərsizləşdirilməsi, kəndə gələn su kanalının beton üzlüyünün yarasız vəziyyətə düşməsi, ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.

 

Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar