Xəbər lenti

İcra Başçısı vətəndaşların səyyar görüşünü keçirib - FOTOLAR

Tarix: 15-02-2024 18:32     Baxış: 490

Cəfərli kəndində 15.02.2024-cü il tarixdə vətəndaşlarla səyyar görüş keçirilib

Mubarizciler.az xəbər verir ki,  Fevralın 15-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tərəfindən təsdiq olunmuş qrafikə əsasən rayonun Cəfərli kənd sakinləri ilə səyyar görüş-qəbul keçirilib. 

Səyyar görüşdə icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.

 Qəbul başlamamışdan öncə icra başçısı çıxış edərək kənd sakinlərini salamlayıb, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgələrə göstərdiyi xüsusi diqqət və qayğıdan, eləcə də əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı söz açıb. Sonra rayon rəhbəri sakinlərdən öz problemlərini sərbəst olaraq dilə gətirmələrini xahiş edib.

 Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərə aydınlıq gətirilərək  həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlər istiqamətində isə aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar