Xəbər lenti

Gəncədə “Talasemiyasız həyat naminə, qan ver yaşat” adlı qanvermə aksiyası keçirilmnişdir - FOTO

Tarix: 15-02-2024 17:35     Baxış: 910

Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  15 fevral 2024-cü il tarixdə  Mərkəzi Qan Bankının Gəncə bölməsində “Talasemiyasız həyat naminə, qan ver yaşat” adlı qanvermə aksiyası keçirilmnişdir.

Mubarizciler.az xəbər verir ki,  Aksiyada Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Rayon icra hakimiyyəti başçısı aparatı, Rayon idarə və müəssisə rəhbərləri könüllü olaraq iştirak etmişdir.

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qanvermə aksiyasında könüllü iştirak edən hərkəsə minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, talasemiya, eyni zamanda digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrin həyatı  qanvermə aksiyalarından asılıdır. Bu məqsədlə 2005-ci ildə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti və Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə başlanılmış “Talasemiyasız həyat naminə” proqramı çərçivəsində mütəmadi olaraq qanvermə aksiyaları keçirilir. Könüllü qanvermə aksiyalarından toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar