Xəbər lenti
18-11-2024, 12:06
 

Tarixi seçim anı xalqa müraciət verilən vədlər

Tarix: 14-02-2024 23:35     Baxış: 721

2003-cü ilin oktyabr ayı tarixi seçim zamanı idi. Xalqın xilaskar lideri Ulu Öndər Heydər Əliyevin səhhətində yaranan problem ona uğurlu missiyasını davam etdirməyə imkan vermirdi. 

Bu səbəbdən də oktyabrın 1-də Ümummilli Lider onu sevən, yürütdüyü siyəsətə hər zaman dəstək verən xalqa müraciət edərək öz namizədliyini siyasi varisi cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi.

Ulu Öndər xalqı layiqli varisi İlham Əliyevi dəstəkləməyə çağıraraq dedi ki, o, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Əlbəttə ki, xalq ölkədə və dünyada baş verən prosesləri aydın görür və yaxşı bilirdi ki, Heydər Əliyev yolu nicat yoludur və bu siyasəti yalnız onun layiqli varisi davam etdirə bilər.

2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə xalq öz seçimini etdi və seçicilərin 76 faizdən çoxu cənab İlham Əliyevə səs verərək onu özünə yeni rəhbər seçdi. Bununla da Azərbaycan xalqı Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu, siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımızın Ümummilli Liderə sevgisinin və inamının göstəricisi idi. Xalq bir daha sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.

Xalqdan etimad mandatını alan Prezident İlham Əliyev isə oktyabrın 31-də keçirilən andiçmə mərasimində söz verdi: “Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir… Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.

Cənab İlham Əliyev yüksək kürsüdən bəyan etdi ki, Heydər Əliyev siyasətinə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcək və onun əsəri olan müasir Azərbaycanı gücləndirəcək, zənginləşdirəcək, hərtərəfli inkişaf etdirəcək və yeni qələbələrə doğru inamla addımlayacaq.

20 il öncə yaşanan proseslər bu gün sübut edir ki, qədirbilən Azərbaycan xalqı tarixi seçimində yanlışlığa yol verməyib. Çünki cənab İlham Əliyev verdiyi bütün vədləri həyata keçirdi. Prezidentin elə br sözü olmadı ki, gerçəkliyə çevrilməsin. 

Dünyanın siyasi xəritəsində bəlkə də kiçik bir nöqtə kimi görünən Azərbaycan 20 ildə nüfuzlu dövlətə çevrildi, beynəlxalq təşkilatlara üzv oldu və hətta bəzilərinə sədrlik də etdi.


TƏHSİL işcisi:

Eminov Neman Bayram oğlu




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar