Xəbər lenti

Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər - Fotolar

Tarix: 14-02-2024 19:12     Baxış: 1 652

Fevralın 14-də andiçmə mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

 Mubarizciler.az xəbər verir ki, dövlət başçısı və birinci xanım ulu öndərin məzarı önünə gül dəstələri qoyublar.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər və üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzülüb.


(AzərTac)











Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar