Xəbər lenti

Elçin Quliyev yaralı hərbçimizi ziyarət etdi - Fotolar

Tarix: 14-02-2024 18:58     Baxış: 1 449

Fevralın 14-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Respublika Neyrocərrahiyyə Xəstəxanasında Azərbaycan-Ermənistan şərti dövlət sərhədində Zəngilan rayonu ərazisində Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində yaralanmış əsgər Xəlilzadə Pərviz Ağakişi oğlunu ziyarət edib, müalicəsinin gedişatı ilə maraqlanıb və tezliklə sağalaraq səhhətinin tam bərpa edilməsini arzulayıb.

Mubarizciler.az  xəbər verir ki, əsgər P.Xəlilzadə göstərilərən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib və müalicəsi bitdikdən sonra həmin sərhəd döyüş məntəqəsində xidmətini davam etdirmək arzusunda olduğunu ifadə edib.

Daha sonra Dövlət Sərhəd Xidmətinin rəisi Neyrocərrahiyyə xəstəxanasının həkim və tibb personalı ilə görüşərək, əməliyyatın yüksək peşəkarlıqla icra olunduğuna, yaralıya lazımi diqqət və qayğı göstərdiklərinə görə öz minnətdarlığını bildirib.






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar