Xəbər lenti
14-09-2024, 21:36
 

Elçin Rzayev sakinlərlə növbəti səyyar görüş keçirdib - FOTOLAR

Tarix: 14-02-2024 00:49     Baxış: 630

Şahverdili kəndində 13.02.2024-cü il tarixdə sakinlərlə növbəti səyyar görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, Fevralın 13-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tərəfindən rayonun Göbəktala və Şahverdili kənd sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirilib. 

İmişli rayonunun Şahverdili kənd tam orta məktəbində baş tutan görüşdə icra başçısı ilə yanaşı rayonun idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər. Qəbul zamanı çıxış edən icra başçısı sakinləri salamlayaraq səyyar qəbulların keçirilməsinin əsas məqsədinin yerlərdə problemlərin öyrənilməsi, həmçinin həlli istiqamətində lazımi addımların vaxtında atılması ilə əlaqədar olduğunu qeyd edib. 

 

Daha sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Kənd sakinləri çıxış edərək respublikamızda, İmişli rayonunda, eləcə də rayonun kəndlərində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin müxtəlif mövzularda müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib. Həmçinin qeyd edilən məsələlərin araşdırılması, yerində baxış keçirilməsi və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar