Xəbər lenti

Gəncədə 29 nömrəli tam orta məktəb növbəti dəfə ziyarət edib - FOTOLAR

Tarix: 13-02-2024 17:57     Baxış: 4 417

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Gəncə şəhər 29 nömrəli tam orta məktəbi növbəti dəfə ziyarət edib, burada yaradılan şəraitlə yaxından tanış olublar.

Mubarizciler.az xəbər verir ki,  960 şagird yerlik məktəb binasında sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, 2 STEAM otağı,  kompüter və müəllimlər otaqları, hərbi kabinet, kitabxana, bufet və idman zalı yerləşir. 

Bundan başqa məktəbdə 360 yerlik akt zalı, qrim otağı, məktəbəhazırlıq otağı, müasir tələblərə cavab verən kitabxana da fəaliyyət göstərir. Hazırda 29 nömrəli tam orta məktəbdə 1068 şagird təhsilini davam etdirir. 

Rəsmilər məktəbin bufetində şagirdlərlə birgə çay süfrəsi ətrafında səmimi söhbət edib, onlara öz tövsiyələrini veriblər. 

Məktəbin müəllim kollektivi təhsil ocağında yaradılan yüksək şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildiriblər. 

Xatırladaq ki, məktəb binası Vətən müharibəsi zamanı Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalması nəticəsində zərər görüb.

2024-cü ilin fevral ayından etibarən məktəb yenidən tikilərək müəllim və şagirdlərin istifadəsinə verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar