Xəbər lenti

Şəhid Bəxtiyar Aslanovun ildönümü anılıb - FOTO

Tarix: 13-02-2024 15:57     Baxış: 651

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şəhid Bəxtiyar Aslanovun şəhidlik zirvəsinə ucaldığı gündən üç il keçir. 

Mubarizciler.az xəbər verir ki, Naftalan ŞİH-nin başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri şəhidimizin 3-cü ildönümündə qəbirüstü abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

Mərasim zamanı çıxış edənlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı qələbə ilə sona çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin əbədi qəlbimizdə yaşayacağını, dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını bildiriblər.

Qeyd edək ki, Şəhid Aslanov Bəxtiyar İlqar oğlu ölümündən sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar