Xəbər lenti

Yaralı əsgərimizin vəziyyəti açıqlandı - FOTO

Tarix: 13-02-2024 11:15     Baxış: 1 239

“2000-ci il təvəllüdlü yaralı hərbi qulluqçu, əsgər Xəlilzadə Pərviz dünən Respublika Neyrocərrahiyyə Xəstəxanasına DSX-nin hərbi təcili tibbi yardım maşını vasitəsilə gətirilib”.

Mubarizciler.az APA-ya istinadən xəbər verir ki, bu barədə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Baş həkimi Elçin İbrahimov bildirib.

Onun sözlərinə görə, xəstə daxil olarkən onda ilkin olaraq müayinələr nəticəsində üçüncü boyun fəqərələri səviyyəsində, fəqərə sütununun boyun nahiyəsinin odlu silah yaralanması, kor güllə yarası aşkar olunub və ilkin təcili tədbir yardımlarından sonra xəstəyə sürətlənmiş formada təcili cərrahi əməliyyat aparılıb, həmin güllənin çıxarılması icra olunub.

“Xəstə daxil olarkən vəziyyəti ağır idi, güllənin onurğa kanalının yan elementlərini zədələməsi nəticəsində xəstənin yuxarı ətrafında hərəkət zəifliyi, ağrılar qeyd olunurdu. Xəstəyə cərrahi əməliyyat aparıldı və əməliyyatdan sonra güllə çıxarıldı, hazırda vəziyyəti kafidir, müalicəsi davam etdirilir”, - Elçin İbrahimov vurğulayıb.

Baş həkim qeyd edib ki, çıxarılan güllə hərbi mütəxəssislərə təhvil verilib, mütəxəssislər tərəfindən verilən qiymətləndirməyə görə, xarici istehsallı güllədir, snayper gülləsi olduğu vurğulanır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar