Xəbər lenti
15-09-2025, 18:01
 
10-09-2025, 09:44
 

İcra başçısı Aranlı kəndində şəhid anasının yas mərasimində iştirak edib - FOTO

Tarix: 13-02-2024 11:06     Baxış: 1 211

 Fevralın 12-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev şəhid Yusif Sadatxanovun anası Bəsti Sadatxanovanın rayonun Aranlı kəndində keçirilən yas mərasimində iştirak edib. Mubarizciler.az xəbər verir ki, Mərasimdə icra başçısı ilə yanaşı YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər. Mərasim zamanı icra başçısı yas sahiblərinə şəhid anasının vəfatından kədərləndiyini bildirərək İmişli Rayon İcra Hakimiyyətinin kollektivi və mərasim iştirakçıları adından dərin hüznlə başsağlığı verib. RİH-nin başçısı həmçinin şəhid ailəsinin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb. Şəhidimizin ailə üzvləri xüsusi qayğıya görə rayon rəhbərinə və gələn digər qonaqlara minnətdarlığını ifadə ediblər. 

 

 

Sonra icra başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən şəhid Yusif Sadatxanov adına Aranlı kənd 1 saylı tam orta məktəbin yeni inşa olunmuş binasına baxış keçirib. Rayon rəhbəri Prezident cənab İlham Əliyevin qayğısı sayəsində reallaşan çoxsaylı layihələrin, həyata keçirilən tədbirlərin, təhsilin inkişafı istiqamətində atılan uğurlu addımların, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələrinin ən müasir tədris avadanlığı ilə təchiz edilməsinin bütün bölgələrimizlə yanaşı İmişli rayonunu da əhatə etdiyini bildirib. Eyni zamanda şəhidimizin adını daşıyan məktəbin sökülərək yenidən inşa olunmasını dövlətin şəhid ailələrinə olan qayğısının bariz nümunəsi kimi qiymətləndirib.

 Xatırladaq ki, şəhid Yusif Sadatxanov adına Aranlı kənd 1 saylı tam orta məktəbində aparılan işlərlə yanaşı rayonun Yalavac kənd tam orta məktəbinin binasında da əsaslı təmir-bərpa işləri görülür və rayonun digər təhsil müəssisələrinin də mərhələli şəkildə müsir standartlara uyğun yenilənməsi üçün işlər davam etdirilir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar