Xəbər lenti
2-09-2026, 15:00
 

Rəşad Tağıyev Qədimqala kəndində səyyar qəbul-görüş keçirib - FOTO

Tarix: 12-02-2024 15:38     Baxış: 1 449

Sakinlərimizi narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə Qədimqala kəndində səyyar qəbul-görüş keçirib.

Mubarizciler.az xəbər verir ki,  Kənd ictimaiyyəti ilə görüşdə icra başçısı Prezident cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələr barədə ətraflı məlumat verib.

Rəşad Tağıyev bildirib ki, görülən bütün işlər əhalinin rahatlığının təminatına və güzəranının yaxşılaşdırılmasına xidmət edir və bu məqsədyönlü tədbirlər davamlı olacaq.

Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib, onların arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda fərdi şəkildə müraciət etmək istəyən sakinlərin qəbulu keçirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar