Xəbər lenti
2-09-2026, 15:00
 

İmişlidə çoxmənzilli yaşayış binalarının dam örtüklərinin yenilənməsi davam etdirilir - FOTOLAR

Tarix: 09-02-2024 23:07     Baxış: 1 379

Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası sayəsində respublikamızın hər bir bölgəsində olduğu kimi, İmişlidə də bütün sahələrlə yanaşı, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görülür. 

Mubarizciler.az xəbər verir ki,  ki, İmişli şəhərinin Meliorator qəsəbəsində yerləşən 12, 13 və 14 nömrəli çoxmənzilli yaşayış binalarının dam örtüklərində müasir metal vərəqlərdən ibarət örtük materiallarından istifadə edilməklə əsaslı təmir işlərinə başlanılıb.

Ötən əsrin 50-60-cı illərində inşa olunmuş çoxmənzilli yaşayış binalarının dam örtükləri inşa olunan vaxtdan təmir-bərpa işləri aparılmaması ilə əlaqədar mənzillərin yağış sularına məruz qalması halları yaşayışçıların problemlərinə səbəb olurdu. Bu səbəbdən də sözügedən binalarda dam örtüklərinin yenilənməsi məqsədəuyğun hesab edilib. Artıq bu problem tam olaraq aradan qaldırılır və görülən işlər sakinlərin sevincinə səbəb olub.  

 Qeyd edək ki, gələcəkdə İmişli şəhərinin digər ərazilərində yerləşən çoxmənzilli yaşayış binalarının dam örtüklərində də əsaslı təmir işlərinin aparılması istiqamətində müvafiq tədbirlər nəzərdə tutulub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar