Saleh Səmədov: İlham Əliyevin yenidən Prezident seçilməsi Azərbaycan tarixinin Zəfər səlnaməsidir
“Azərbaycan Respublikasında yüksək səviyyədə keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm"
Seçkilərdə İlham Əliyevin namizədliyinin əhali tərəfindən hərtərəfli dəstəklənməsi xalqın irəli sürdüyü strateji proqram və planlara sonsuz inamının əyani təzahürüdür.
İlk növbədə, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və tarixi ədalətin bərqərar olması, ölkənizdə bütün sahələrdə aparılan genişmiqyaslı islahatlar və böyük quruculuq işləri ilə bilavasitə bağlıdır.
Öz xalqının həqiqi müdrik liderinin, vətənpərvər və fədakar, görkəmli siyasi xadiminin rəhbərliyi ilə Azərbaycan dövləti şanlı zirvələri fəth edir.
Sizin bu yüksək vəzifədə fəaliyyətiniz dövlətçiliyin əsaslarının hərtərəfli möhkəmlənməsinə və cəmiyyətin müasirləşməsinə, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsinə, ölkənin sosial-iqtisadi inkişafının təmin olunmasına xidmət edəcəkdir.
Hörmətli İlham Heydər oğlu Əliyev cənabları bu mühüm qələbə münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, tükənməz güc-qüvvət, ailə səadəti, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram.
Xoş arzularla: Saleh Mehralı oğlu Səmədov
"Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəis müavini, YAP İmişli rayon təşkilatı “Energetik-1” Ərazi Partiya təşkilatının sədri .
Xəbəri paylaş