Xəbər lenti

Emin Əmrullayev “Yüksəliş”in qalibləri ilə görüşdü

Tarix: 08-02-2024 17:54     Baxış: 1 379

Elm və təhsil naziri Emin Əmrullayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri İlahə Baxışova Tahirli və Rəsul Həşimovla görüşüb. 

Mubarizciler.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. 

Bildirilib ki, mentorluq proqramı çərçivəsində keçirilən görüş zamanı nazir qalibləri təbrik edib və mentor olaraq birillik fərdi inkişaf planı əsasında onlarla təcrübəsini bölüşəcəyini, həmçinin potensiallarını üzə çıxarmağa dəstək olacağını bildirib.

Görüşdə Emin Əmrullayev qalibləri Elm və Təhsil Nazirliyinin fəaliyyəti, gələcək inkişaf hədəfləri barədə məlumatlandırıb. Nazir son illərdə aparılan təhsil islahatları və bu sahədə inkişafa dəstək olacaq işlər barədə qaliblərin fikirlərini dinləyib. 

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində təşəkkür edərək mentorluq proqramı çərçivəsində Emin Əmrullayevin şəxsi təcrübəsindən faydalanmaqdan məmnunluqlarını bildiriblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar