“Exit-poll”: İlham Əliyev 93.9 faiz səslə liderdir
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı ilə birgə keçirdiyi “exit-poll”un ilkin nəticələrini açıqlayıb.
İMZAİNFO xəbər verir ki, təşkilatın nümayəndəsi George Brinbaum “exit-poll”un nəticələrini açıqlayıb.
Nəticələr aşağıdakı kimidir:
Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev - 93.9 faiz;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev - 1.2 faiz;
Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 1.8 faiz;
Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa - 1.5 faiz;
Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev- 0.4 faiz;
Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev - 0.9 faiz;
Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Fuad Əliyev - 0.3.
Xəbəri paylaş