Xəyal Məmmədov: Bu birliyi seçkiyə getməklə hər birimiz sübut edəcəyik
Azərbaycan xalqı tarixi bir missiyanı yerinə yetirmək üçün fevralın 7-də seçki məntəqələrinə gedəcək və öz seçimini edəcək.
Azərbaycan ötən üç ildə öz qəhrəman ordusunun gücü ilə torpaqlarımızı düşmən tapdağından azad edib. 2023-cü ilin sentyabrında cəmi 24 saatdan da az müddətdə aparılan antiterror tədbiri ilə şanlı Qələbəmiz tamamlanıb.
Artıq Qarabağ bütövlükdə Azərbaycan olub. Belə olan təqdirdə seçkinin bütöv Azərbaycanda keçirilməsini zaman özü diktə edir.
Məcburi köçkünlər üçün artıq məskunlaşdıqları ərazilərdə seçki qutuları qoyulmayacaq.
Onlar öz yurd yerlərində səslərini verəcək, prezident seçəcəklər.
Bu sözləri Mubarizciler.az-a açıqlamasında Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov söyləyib.
“Xalqımız bütöv Azərbaycanda seçkilərə hazırlaşır. İnanırıq ki, bu seçki ən fəal və ən demokratik seçki olacaq. Xalq bir daha öz birliyini nümayiş etdirərək seçki məntəqələrinə gedəcək. İstər yerli, istərsə də xarici müşahidəçilər bir daha bu birliyin şahidi olacaqlar. 44 günlük müharibə sübut etdi ki, el bir olsa dağ oynadar yerindən.
Bu birliyi seçkiyə getməklə hər birimiz sübut edəcəyik”
Xəbəri paylaş