Xəbər lenti

Şirvanda şahmat üzrə Azərbaycan çempionatının seçmə yarışları başa çatıb - FOTO

Tarix: 06-02-2024 22:54     Baxış: 1 197


Şirvan Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə 8,10,12,14 və 16 yaş qrupu üzrə şahmatçıların Azərbaycan çempionatının seçmə yarışlarına yekun vurulub.

Mubarizciler.az-ın məlumatına görə, Yarışın bağlanış mərasimində çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalib şahmatçıları təbrik edib, onlara gələcək yarışlarda yeni-yeni uğurlar və nailiyyətlər arzulayıblar.

Seçmə yarışlarda Bakı şəhəri istisna olmaqla, ölkənin 36 şəhər və rayonlarından müvafiq yaş qrupuna uyğun 284 yeniyetmə şahmatçı iştirak edib. 

Müxtəlif yaş kateqoriyasında Vahid Bəşirli (Gəncə), Leyla Rzalı (Sumqayıt), Hüseyn Qurbanov (Gəncə),  Firəngiz Hüseynova (Qazax), Əlisəfa Zeynallı (Quba), Leyla Mirzəliyeva (Sumqayıt), Tunar Qarayev (Füzuli), Xanımzər İbrahimli (Sumqayıt), Mahir Vahidov (Ucar), Zarina Mustafayeva (Gəncə) birinci yeri tutub. 

Hər yaş qrupunda yüksək nəticə göstərən ümumilikdə 46 şahmatçı iyun ayında keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanıblar.

Sonda yarışda fəal iştirak edən və ayrı-ayrı yaş qrupları üzrə şəxsi birincilikdə qalib gələn şahmatçılara təşkilatçılar tərəfindən diplom təqdim olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar